More

    Azərbaycan İdmançılarının Reytinq Cədvəli Açıqlanıb

    Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini təqdim edib. Sport-az.com xəbər verir ki, noyabr üçün müəyyən edilmiş siyahının ilk “üçlüy”ündə dəyişiklik olmayıb.

    • Reytinq cədvəlinin lideri Olimpiya çempionu cüdoçu Hidayət Heydərovdur. Onun hesabında 530 xal var.
    • İkinci yerdə bədii gimnastika üzrə qrup hərəkətləri komandası qərarlaşıb – 500 xal.
    • Üçüncü yerdə isə digər Olimpiya çempionu, cüdoçu Zelim Kotsoyevdir, onun aktivində 430 xal mövcuddur.

    Qeyd edək ki, reytinq xalları Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən hesablanır. Növlər üzrə beynəlxalq yarışlar reytinqinə uyğun olaraq 5 kateqoriyaya bölünür və həmin yarışlarda əldə edilən nəticələrə əsasən xallar müəyyən edilir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni