“Qarabağ” klubunun futbolçusu Toral Bayramovun Norveçin “Bodo Qlimt” komandasının qapısına vurduğu qol UEFA tərəfindən Avropa Liqasının son turunda “ən gözəl qol” adına namizəd göstərilib.
Sport-az.com xəbər verir ki, UEFA-nın rəsmi saytı Bayramovun qolunu digər üç qolla birlikdə səsverməyə təqdim edib. Azarkeşlərə dörd seçim imkanı verilib və qalibi onların səsi müəyyən edəcək. Bayramovun vurduğu qolla yanaşı, “Qalatasaray”ın oyunçusu Yunus Akgünün “Tottenham”in qapısına vurduğu qol, “Ayntraxt”ın futbolçusu Omar Marmouşun “Slaviya” qapısına vurduğu qol və “Ludoqorets”dən Erik Markusun “Atletik” klubuna vurduğu qol da yarışda iştirak edir.
Azarkeşlər bu qollardan birini seçərək “turun ən gözəl qolu”nu müəyyənləşdirə bilərlər.



