2024-cü il üçün “Qızıl top” mükafatının səsvermə nəticələri açıqlanıb.
Sport-az.com xəbər verir ki, mükafatın qalibi İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri 1170 səs toplayaraq birinci olub. İkinci yeri Braziliya millisinin və “Real”ın vingeri Vinisius Junior 1129 səs toplayaraq tutub. Üçüncü pillədə isə İngiltərə yığmasının və “Real”ın yarımmüdafiəçisi Jude Bellingham 917 səslə qərarlaşıb.
“Qızıl top” səsverməsinin nəticələri:
- Rodri (“Mançester Siti”) – 1170 səs
- Vinisius Junior (“Real”) – 1129 səs
- Jude Bellingham (“Real”) – 917 səs
- Daniel Karvaxal (“Real”) – 550 səs
- Erlinq Holand (“Mançester Siti”) – 432 səs
- Kilian Mbappe (PSJ) – 420 səs
- Lautaro Martinez (“İnter”) – 402 səs
- Lamin Yamal (“Barselona”) – 383 səs
- Toni Kroos (“Real”) – 290 səs
- Harri Keyn (“Bavariya”) – 201 səs