19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
Sport-az.com-ın verdiyi xəbərə görə, 7-ci qrupda yer alan komandamız İslandiya yığması ilə qarşılaşacaq. Moldova paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda baş tutacaq matçı şotlandiyalı hakimlər idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qrupun digər oyununda isə İrlandiya Moldovanı qəbul edəcək. Bu görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
13 noyabr
14:00. Azərbaycan (U-19) – İslandiya (U-19)
Yer: Kişinyov, “Zimbru-2” stadionu
Baş hakim: David Dickinson (Şotlandiya)