Sport-az.com-in verdiyi məlumata görə, Opta statistik platformasına məxsus superkompüter bu mövsüm İngiltərə Premyer Liqasında komandaların çempionluq şanslarını hesablayıb.
Aşkar favorit “Liverpul” hesab olunur və onların çempionluq şansı 60,3 faizdir. “Mançester Siti”nin çempionluq ehtimalı 34,3 faiz, “Arsenal”ın 5 faiz, “Çelsi”nin isə cəmi 0,3 faizdir. Digər bütün komandaların ümumi çempionluq ehtimalı isə 0,1 faiz olaraq qiymətləndirilib.
Qeyd edək ki, hazırda 11 turdan sonra “Liverpul” 28 xalla liderdir. “Mançester Siti” 23 xalla, “Çelsi” isə 19 xalla aşağı pillələrdə qərarlaşıb.