“Sabah” üçün avrokubokda formal oyun

Bu gün “Sabah” basketbol klubu avrokubokda növbəti matçına çıxacaq.

Sport-az.com-in verdiyi məlumata görə, Azərbaycan çempionu FİBA Avropa kubokunun sonuncu — VI turunda İsveçdə “Nörçöppinq” komandasının qonağı olacaq. Rimas Kurtinaytisin yetirmələri üçün bu oyun formal xarakter daşıyır. Təmsilçimiz oynadığı 5 matçın hamısında məğlub olduğu üçün qrupdan çıxmaq şansını artıq itirib. Buna baxmayaraq, komanda Bakıda 70:74 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışacaq.

Qeyd edək ki, G qrupunun digər oyununda “Marussi” və “Spirou” komandaları liderlik uğrunda mübarizə aparacaq.

FİBA Avropa Kuboku
G qrupu, VI tur
13 noyabr
22:00. “Nörçöppinq” (İsveç) – “Sabah”
Hakimlər: Ritvars Helmsteins (Latviya), Karol Kovalski (Finlandiya), David Tomasson (İslandiya)
Yer: Nörçöpinq, Stadium Arena

G qrupunda mövcud vəziyyət:

KomandaOyunQələbəMəğlubiyyətXal fərqiXal
Spirou550429-38910
Marussi532403-3748
Nörçöppinq523399-4307
Sabah505360-3985

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni