Millətlər Liqasında 5-ci turun ilk oyunları başlayır

Bu gün Millətlər Liqasının 5-ci turuna start verilir.

Sport-az.com bildirir ki, ilk oyun günündə ümumilikdə 8 qarşılaşma keçiriləcək.

A Liqasının 2-ci qrupunda İtaliya millisi Belçikanın meydanına qonaq gedəcək, Fransa isə öz meydanında İsraili qəbul edəcək. Digər tərəfdən, B Liqasının 2-ci qrupunda İngiltərə yığması Yunanıstan ilə səfərdə üz-üzə gələcək.

Azərbaycan yığması isə 16 noyabrda Estoniya ilə qarşılaşacaq. 5-ci turun digər oyunları 15 və 16 noyabr tarixlərində davam etdiriləcək.

Millətlər Liqası, 5-ci tur oyunları

14 noyabr

A Liqası

2-ci qrup

  • 23:45. Belçika – İtaliya
  • 23:45. Fransa – İsrail

Xal vəziyyəti: İtaliya – 10, Fransa – 9, Belçika – 4, İsrail – 0

B Liqası

2-ci qrup

  • 23:45. Yunanıstan – İngiltərə
  • 23:45. İrlandiya – Finlandiya

Xal vəziyyəti: Yunanıstan – 12, İngiltərə – 9, İrlandiya – 3, Finlandiya – 0

3-cü qrup

  • 19:00. Qazaxıstan – Avstriya
  • 23:45. Sloveniya – Norveç

Xal vəziyyəti: Norveç – 7, Avstriya – 7, Sloveniya – 7, Qazaxıstan – 1

C Liqası

4-cü qrup

  • 21:00. Ermənistan – Farer Adaları
  • 23:45. Şimali Makedoniya – Latviya

Xal vəziyyəti: Şimali Makedoniya – 10, Ermənistan – 4, Latviya – 4, Farer Adaları – 3

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni