More

    “Nyukasl”ın hücumçusu Azərbaycanla matçı səbirsizliklə gözləyir

    “Milli komandaya qayıtmaq həmişə xoşdur.”

    Sport-az xəbər verir ki, bu sözləri Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan İsveç millisinin hücumçusu Aleksandr İsak deyib. İsveç komandası ilə Slovakiya və Azərbaycanla qarşılaşmalar öncəsi fikirlərini bölüşən İsak, bu oyunlarda iştirak edəcəyi təqdirdə, yığmada 50-ci yubiley matçını keçirəcəyini bildirib. O, komandada hər şeyin qaydasında olduğunu qeyd edərək bu sözləri vurğulayıb: “Komandamızda yaxşı harmoniya var. Hamı pozitiv əhvaldadır. Hər birimiz qarşıdakı iki vacib oyunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, bizi dəstəkləməyə çoxlu azarkeş gələcək. Bu, qələbə qazanmaq üçün əla motivasiya olacaq.”

    25 yaşlı hücumçu, Azərbaycanla keçirilən ilk qarşılaşmada dublla yadda qalmışdı. İsak millidə indiyədək 48 oyunda 14 qol vurub. Zədə səbəbilə bir müddət əsas heyətdən uzaq qalan futbolçu, yenidən komandada oynamaq üçün hazır olduğunu bildirib.

    Qeyd edək ki, İsveç – Azərbaycan oyunu noyabrın 19-da “Strawberry Arena”da baş tutacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni