Tanınmış fransız hücumçu Bafetimbi Qomis peşəkar futbol karyerasını rəsmi olaraq başa vurdu. Bu barədə 39 yaşlı futbolçu şəxsi sosial media hesabında izləyiciləri ilə məlumat paylaşıb.
Futbola “Sent-Etyen”də başlayan Gomis, daha sonra “Trua”, “Lion”, “Suonsi”, “Marsel”, “Qalatasaray”, “Əl-Hilal” və “Kavasaki” klublarında çıxış edib. Karyerası boyunca o, ümumilikdə 795 rəsmi matçda meydana çıxıb, 350 qol vurub və 75 məhsuldar ötürmə ilə komanda yoldaşlarına dəstək olub.
Gomis, futboldakı karyerası ərzində bir çox nailiyyətlər qazanıb. O, iki dəfə Türkiyə Superliqası çempionu, bir dəfə Fransa kuboku və Fransa superkubokunun qalibi olub. Eyni zamanda, Səudiyyə Ərəbistanında üç çempionluq, bir kubok və Asiya Çempionlar Liqasını iki dəfə qazanan Gomis, Yaponiyada da bir kubok və bir superkubok əldə edib.
Bafetimbi Qomis, əzmkarlığı və komanda oyunundakı performansı ilə adını beynəlxalq futbol tarixinə yazdıran futbolçulardan biridir.