ABŞ-də keçirilən ATP 1000 Sinsinnati turnirində 1/8 final mərhələsi başa çatıb və titul uğrunda mübarizəni davam etdirəcək səkkiz tennisçi müəyyənləşib.
Günün əsas sürprizləri turnirin ilk iki nömrəli iştirakçısının məğlubiyyəti olub. Aleksandr Zverev Tommi Pola qarşı ilk seti qazansa da, üstünlüyünü qoruya bilməyib. Amerikalı tennisçi matçbolu xilas edərək 4:6, 7:6 (8:6), 6:4 hesablı qələbə qazanıb. Feliks Oje-Alyassim isə Frensis Tiafoya iki setdə məğlub olub – 3:6, 4:6.
Amerikalılar 1/4 finalda üstünlük təşkil edir
Tommi Pol növbəti mərhələdə Rafael Xodarı üç setdə məğlub edən Flavio Kobolli ilə üz-üzə gələcək. Frensis Tiafonun rəqibi isə Xayme Fariyanı turnirdən kənarlaşdıran Lorenzo Musetti olacaq.
Tyaqo Aqustin Tirante də uğurlu çıxışını davam etdirir. Argentinalı tennisçi Yakub Menşiki 5:7, 6:4, 6:4 hesabı ilə keçib. Onun 1/4 finaldakı rəqibi Aleks de Minaura iki setdə qalib gələn Artur Fis olacaq.
Digər cütdə iki amerikalı – Teylor Frits və Brendon Nakaşima qarşılaşacaq. Beləliklə, 1995-ci ildən bəri ilk dəfə Sinsinnatidə kişilərin 1/4 finalına dörd ABŞ tennisçisi yüksəlib.
ATP 1000 Sinsinnati – 1/8 finalın nəticələri
Yuxarı hissə
Aleksandr Zverev [1] – Tommi Pol [18] – 6:4, 6:7 (6:8), 4:6
Rafael Xodar [12] – Flavio Kobolli [7] – 6:4, 6:7 (3:7), 3:6
Tyaqo Aqustin Tirante – Yakub Menşik [14] – 5:7, 6:4, 6:4
Artur Fis [21] – Aleks de Minaur [5] – 6:3, 6:4
Aşağı hissə
Teylor Frits [6] – Kristofer O’Konnell – 6:4, 6:3
Nunu Borjeş – Brendon Nakaşima [27] – 3:6, 7:6 (7:5), 3:6
Xayme Fariya – Lorenzo Musetti [10] – 5:7, 2:6
Frensis Tiafo [17] – Feliks Oje-Alyassim [2] – 6:3, 6:4
ATP 1000 Sinsinnati – 1/4 final cütləri
Yuxarı hissə
Tommi Pol [18] – Flavio Kobolli [7]
Tyaqo Aqustin Tirante – Artur Fis [21]
Aşağı hissə
Teylor Frits [6] – Brendon Nakaşima [27]
Lorenzo Musetti [10] – Frensis Tiafo [17]



