Mingəçevirdə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarış “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.
Bakı və Mingəçevirdən 100-dən çox idmançının qatıldığı ölkə çempionatının ikinci yarış günündə 16 dəst medalın sahibi müəyyənləşib. İştirakçılar müxtəlif yaş qrupları və məsafələr üzrə fərdi, cütlük və qarışıq heyətlərdə mübarizə aparıblar.
Bu il Azərbaycan çempionatının proqramında ilk dəfə kayak üzrə qarışıq cütlüklərin yarışı da keçirilib. Yarışlarda fərqlənən idmançılar medal və diplomlarla mükafatlandırılıblar.
İkinci yarış gününün nəticələri
- K2, 500 m, oğlanlar (2010–2011): 1. Elmir Tarverdiyev / Mustafa Vəlizadə; 2. Maqsud Mantaşev / Nizami Kərimov; 3. Tahir Mövsümov / Sənan Cəfərzadə.
- K1, 500 m, oğlanlar (2008–2009): 1. Əlimurad Hacızadə; 2. İvan Vorobjanskiy; 3. Qiyas Əhmədov.
- C1, 500 m, oğlanlar (2008–2009): 1. Hüseyn Səmədli; 2. Cavid Vəlizadə; 3. Ümid Əhmədov.
- K1, 500 m, oğlanlar (2012–2013): 1. Yunus Əhmədov; 2. Mehdi Mehdizadə; 3. Oktay Mustafalı.
- C1, 500 m, oğlanlar (2010–2011): 1. Fəxri Sadıqlı; 2. Vaqif Mustafazadə; 3. Rüstəm Əsgərov.
- K1, 500 m, oğlanlar (2010–2011): 1. Mustafa Vəlizadə; 2. Elmir Tarverdiyev; 3. Nizami Kərimov.
- K1, 500 m, qızlar (2010–2011): 1. Darina Xayretdinova; 2. Leyla Əli; 3. Sevda Xəlilova.
- 2x, 1500 m, oğlanlar (2008–2009): 1. Azər İlyasov / Tunar Məmmədzadə; 2. Fikrət Həsənov / Məhəmməd Həsənov; 3. İsmayıl Şirinov / İsabala Dadaşzadə.
- 2x, 1000 m, oğlanlar (2012–2013): 1. Yusif Əliyev / Zahid Əmiraslan; 2. Fazil Yaqublu / Sübhan Qocayev; 3. Murad Cəfərli / Nurlan Fərəcov.
- K1, 1000 m, oğlanlar (2008–2009): 1. İvan Vorobjanskiy; 2. Əlimurad Hacızadə; 3. Elvin Əliyev.
- K2, 1000 m, oğlanlar (2010–2011): 1. Tahir Mövsümov / Sənan Cəfərzadə; 2. Əziz Əhmədli / Kamal Tağıyev; 3. Bəhlul Həmidov / Fərid Oci.
- C1, 1000 m, oğlanlar (2008–2009): 1. Hüseyn Səmədli; 2. Cavid Vəlizadə; 3. Ümid Əhmədov.
- K2, 500 m, oğlanlar (2012–2013): 1. Mehdi Mehdizadə / Yunus Əhmədov; 2. Səbuhi Cəfərzadə / Soltan Mustafalı; 3. Turan Məmmədzadə / Həsən İsmayılov.
- K2, 500 m, oğlanlar (2008–2009): 1. Tengiz Qaqnidze / Qiyas Əhmədov; 2. Nuran Rəhimli / Elvin Əliyev; 3. Sabir Ağayev / Mikayıl Vəliyev.
- C1, 1000 m, oğlanlar (2010–2011): 1. Vaqif Mustafazadə; 2. Fəxri Sadıqlı; 3. Rüstəm Əsgərov.
- K2, 500 m, qarışıq (2010–2011): 1. Mustafa Vəlizadə / Gülay Cümşüdlü; 2. Hüseyn Həsənov / Leyla Məmmədzadə; 3. Mikayıl Vəliyev / Leyla Əli.
Çempionat eyni zamanda qarşıdakı “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyıb. Ölkə birinciliyində uğurlu nəticə göstərən avarçəkənlərin beynəlxalq reqatada Azərbaycan komandasının heyətinə cəlb olunması nəzərdə tutulur.
İlk yarış günündə 11, ikinci gündə isə 16 dəst medal uğrunda mübarizə aparılıb. Bununla da çempionatın əsas yarış proqramı üzrə ümumilikdə 27 dəst medal öz sahibini tapıb.





