“Sea Breeze 2026” çimərlik polosu turnirində ilk qalib müəyyənləşdi

Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirinə start verilib. Yarış “Sea Breeze Resort” ərazisində yerləşən “Havana Beach”də keçirilir.

Açılış qarşılaşmasında Böyük Britaniyanın “Red Star” və İsveçrənin “Sankt Moritz” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matç İsveçrə təmsilçisinin 7:6 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk yarış gününün ikinci görüşündə Azərbaycanı təmsil edən “Elite Polo Club” Rusiyanın “Moscow Polo Club” komandası ilə qarşılaşacaq.

Turnirdə dörd komanda mübarizə aparır

“Sea Breeze 2026” sentyabrın 11-dən 13-dək davam edəcək. Yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən dörd komanda iştirak edir. Komandaların heyətlərində ümumilikdə 12 poloçu yer alıb. İdmançılar Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrikanı təmsil edirlər.

Turnir ərzində hər gün iki qarşılaşmanın keçirilməsi nəzərdə tutulub. Çimərlik polosu formatında oyun dörd hissədən — çukkerdən ibarətdir və hər çukker təxminən yeddi dəqiqə davam edir.

Final qarşılaşması sentyabrın 13-də keçiriləcək. Həlledici oyundan sonra qaliblərin mükafatlandırılması və turnirin kubokunun təqdim olunması nəzərdə tutulur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni