Bu gün UEFA Avropa Liqasının 2026/27 mövsümündə Liqa mərhələsinə start veriləcək. İlk turun açılış günündə ümumilikdə 9 qarşılaşma keçiriləcək.
İlk iki oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Digər yeddi qarşılaşmanın start fiti isə saat 23:00-da səslənəcək.
Günün əsas diqqətçəkən görüşlərindən biri İtaliyada baş tutacaq. “Milan” doğma meydanda Portuqaliyanın “Benfika” klubunu qəbul edəcək. Almaniyanın “Bayer Leverkuzen” komandası isə Sloveniya təmsilçisi “Selye” ilə üz-üzə gələcək. “Sanderlend”in “AZ Alkmaar”la qarşılaşması da maraqla gözlənilir. İngiltərə klubu Avropa Liqasının Liqa mərhələsində ilk dəfə çıxış edəcək.
İlk oyun gününün proqramı
UEFA Avropa Liqasında bu mövsüm də Liqa mərhələsində 36 klub mübarizə aparır. Hər komanda səkkiz fərqli rəqiblə qarşılaşacaq. Liqa mərhələsi 2027-ci il yanvarın 28-də yekunlaşacaq.
UEFA Avropa Liqası – Liqa mərhələsi, 1-ci tur
- 20:45 — “Omoniya” (Kipr) – “Selta” (İspaniya)
- 20:45 — “Ararat-Armeniya” (Ermənistan) – “Sparta” (Çexiya)
- 23:00 — “Milan” (İtaliya) – “Benfika” (Portuqaliya)
- 23:00 — “Bayer Leverkuzen” (Almaniya) – “Selye” (Sloveniya)
- 23:00 — “Anderlext” (Belçika) – “Olimpik Lion” (Fransa)
- 23:00 — “Sanderlend” (İngiltərə) – “AZ Alkmaar” (Niderland)
- 23:00 — “Şturm” (Avstriya) – “Renn” (Fransa)
- 23:00 — “Olimpiakos” (Yunanıstan) – “Yagelloniya” (Polşa)
- 23:00 — “Hapoel Beer-Şeva” (İsrail) – “Dinamo Zaqreb” (Xorvatiya)
İlk turun digər 9 qarşılaşması sentyabrın 17-də baş tutacaq. Beləliklə, 36 komandanın hamısı mövsümün ilk oyununu iki gün ərzində keçirəcək.Avropa Liqasının Liqa mərhələsi səkkiz turdan ibarətdir.





