41 yaşlı Kriştianu Ronaldu yenidən Portuqaliya millisinə çağırıldı

Portuqaliya millisinin UEFA Millətlər Liqasının yeni mövsümündə keçirəcəyi ilk oyunlar üçün heyəti açıqlanıb. 41 yaşlı Kriştianu Ronaldu da yığmanın siyahısına daxil edilib və milli komandadakı karyerasını davam etdirəcək.

Portuqaliya A Liqasının 4-cü qrupunda Norveç, Danimarka və Uelslə mübarizə aparacaq. Komanda sentyabrda Uels və Norveçlə qarşılaşacaq, daha sonra isə Danimarka və Norveçə qarşı oyunlar keçirəcək.

Ronaldu Portuqaliya millisinin kapitanıdır və həm yığmada keçirdiyi oyunların, həm də vurduğu qolların sayına görə dünya rekorduna sahibdir. O, həmçinin 2026-cı il dünya çempionatında qol vuraraq altı fərqli mundialda fərqlənən ilk futbolçu olub.

Portuqaliya millisinin heyəti:

Qapıçılar: Dioqo Koşta, Rui Silva, Samuel Soareş

Müdafiəçilər: Joao Kanselo, Dioqo Dalot, Ruben Diaş, Tomaş Araujo, Renato Veyqa, Qonsalo İnasio, Nuno Mendeş, Nuno Tavareş

Yarımmüdafiəçilər: Joao Palinya, Ruben Neveş, Vitinya, Joao Neveş, Bernardu Silva, Bruno Fernandeş

Hücumçular: Fransisko Konseysao, Fransisko Trinkao, Rafael Leao, Pedro Neto, Joao Feliks, Kriştianu Ronaldu, Qonsalo Ramoş, Fabio Silva

Portuqaliya Millətlər Liqasının son qalibidir. Komanda 2024/25 mövsümündə turnirin qalibi olmaqla tarixində ikinci dəfə bu kuboku qazanıb.

Portuqaliyanın qrupdakı oyunları:

  • 24 sentyabr, 22:45: Portuqaliya – Uels
  • 27 sentyabr, 22:45: Norveç – Portuqaliya
  • 1 oktyabr, 22:45: Danimarka – Portuqaliya
  • 4 oktyabr, 22:45: Portuqaliya – Norveç
  • 14 noyabr, 23:45: Portuqaliya – Danimarka
  • 17 noyabr, 23:45: Uels – Portuqaliya

UEFA-nın təqviminə əsasən, qrupda ilk iki yeri tutan komandalar A Liqasının 1/4 finalına yüksələcəklər. Üçüncü yerin sahibi liqada qalmaq üçün pley-off oynayacaq, sonuncu komanda isə B Liqasına düşəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni