İngiltərənin “Mançester Yunayted” klubu hücumçusu Coşua Zirkzeni qarşıdan gələn qış transfer pəncərəsində komandada saxlamaq qərarına gəlib. “Flashscore” nəşrinin məlumatına görə, baş məşqçi Maykl Karrik 25 yaşlı niderlandlı forvarda güvənir və onun mövsümün ortasında kollektivi tərk etməsinin əleyhinədir. Cari mövsümdə İngiltərə Premyer Liqasında hələlik əsas heyətdə meydana çıxmasa da, Zirkze komandanın son üç qarşılaşmasında ehtiyatdan oyuna qoşularaq fəallıq göstərib.
Forvardın düşərgədə qalmasına Benjamin Şeşkonun səhhətindəki problemlər və fiziki durumundakı qeyri-müəyyənlik də birbaşa təsir edir ki, bu amil Zirkzenin qarşıdakı oyunlarda daha çox şans qazanmasına şərait yaradır. Yay “transfer pəncərəsi”nin son günlərində İngiltərənin “Everton” və İtaliyanın “Fiorentina” klublarının hücumçu ilə maraqlanmasına baxmayaraq, rəhbərlik onun transferinə icazə verməyib. Niderlandlı oyunçunun Mançester təmsilçisi ilə müqaviləsinin 2029-cu ilə qədər qüvvədə olması rəhbərliyin onun gələcəyi ilə bağlı tələsməməsinə və planları sabit saxlamasına imkan verir.





