Türkiyə və İspaniya çempionları İstanbulda: Qalatasaray – Barselona matçının anonsu 

Oktyabrın 13-də Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda Qalatasaray Barselonanı qəbul edəcək. Komandalar turnirə fərqli nəticələrlə başlayıblar: kataloniyalılar doğma meydanda Feyenoordu 5:1 hesabı ilə inamla məğlub edib, İstanbul təmsilçisi isə səfərdə Sportinqə 1:3 hesabı ilə uduzub. 

Hansi Flikin rəhbərlik etdiyi komanda mövsümə ardıcıl səkkiz qələbə ilə başlayıb – klub tarixində belə uğurlu start hələ olmamışdı. Qalatasaray Viktor Osimhenin əsas heyətə qayıtmasını gözləyir: komandanın ən məhsuldar qolçusu sentyabrın əvvəlində zədələnib və yalnız bu yaxınlarda məşqlərə qayıdıb. 

Bu MelBet baxışda azərbaycanlı azarkeşlər üçün komandaların hazırkı formasını, heyətlərini və matç öncəsi vəziyyəti təhlil edirik.

Qalatasaray: doğma meydanda daha güclü, Osimhenlə isə ikiqat güclü 

Ötən mövsüm Okan Burukun rəhbərlik etdiyi komanda Türkiyə çempionu olub və Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib. Türkiyə stadionlarındakı atmosferi azərbaycanlı azarkeşlərə təsvir etməyə ehtiyac yoxdur. «RAMS Park»da meydan sahibləri bu ab-havadan yararlanmağı bacarırlar: Qalatasaray burada Liverpulu iki dəfə 1:0 hesabı ilə məğlub edib, Yuventusun qapısından isə beş top keçirib (5:2). 

Türkiyə təmsilçisinin hücum xəttində əsas kozır Osimhendir. Ötən mövsüm nigeriyalı futbolçu 22 qol vurub, noyabrda isə Ayaksa qarşı het-trik etdikdən sonra Çempionlar Liqasının bombardirlər siyahısına başçılıq edib. Cari çempionatın ilk dörd turunda komandanın vurduğu 12 qoldan altısı və iki məhsuldar ötürmə onun hesabındadır. 

Sentyabrın 4-də Osimhen bud əzələsindən zədə alıb və onun yoxluğunda komandanın hücum xətti zəifləyib: üç matçda cəmi iki qol vurulub, onlardan biri isə Sportinqin müdafiəçisinin avtoqolu olub. Trabzonda isə komanda 0:4 hesabı ilə məğlub olub. Hazırda hücumçu yenidən məşqlərə başlayıb, lakin onun ilk dəqiqələrdən meydana çıxıb-çıxmayacağı hələ sual altındadır. 

Barselona: qol maşını fasiləsiz işləyir, amma müdafiədə problemlər var 

Hansi Flik ötən mövsümü İspaniya çempionluğu və ölkə Superkubokunu qazanmaqla başa vurub. Çempionlar Liqasında isə onun komandası 1/4 final mərhələsində Atletikoya iki oyunun nəticəsinə görə 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. 

Yeni mövsümün startında Barselona əvvəlki kimi məhsuldar oyun nümayiş etdirir: ilk beş matçın dördündə, o cümlədən Feyenoorda qarşı görüşdə beş qol vurub. Həmin oyunda Rafinyanın vurduğu qol, yəqin ki, azarkeşlərimizin çoxunun yaddaşında qalıb: braziliyalı futbolçu bir fintlə iki müdafiəçini yerə sərib və artıq 3-cü dəqiqədə hesabı açıb. 

Flik müdafiə xəttini irəlidə qurur və top itirildikdən dərhal sonra pressinq tətbiq etməyi tələb edir. Rəqiblər Barselonanın qapısına yol tapa bilirlər: komanda ilk səkkiz matçın beşində qol buraxıb, lakin hücum xətti bunu kompensasiya edir. «Biz istədiyimiz qədər qol vuracağıq, siz isə bacardığınız qədər» prinsipi adi səslənsə də, vəziyyəti bundan daha dəqiq ifadə etmək çətindir. 

Heyətlə bağlı əsas sual qapıçı mövqeyidir. Joan Qarsiya dizindən aldığı zədə səbəbindən Sevilya ilə matçı buraxıb. Flik ona istirahət vermək qərarına gəlsə, İstanbulda Dominik Livakoviç meydana çıxacaq. Fənərbaxçanın heyətində 74 matç keçirmiş qapıçı üçün bu şəhər yaxşı tanışdır. Qüvvəyə qənaət etmək üçün kifayət qədər səbəb var: komandanı qarşıda Betislə oyun, PSJ ilə səfər matçı və El-Klasiko gözləyir. 

Matç öncəsi vəziyyət: meydan sahiblərinin sürəti Flikin irəlidə qurduğu müdafiə xəttinə qarşı 

Barselonanın irəlidə qurduğu müdafiə xətti meydan sahiblərinin yararlana biləcəyi zəif nöqtədir. Belə müdafiəyə qarşı yayda Milandan transfer olunan Rafael Leau və həkimlər oynamağına icazə verəcəyi təqdirdə Osimhen kimi sürətli hücumçular daha effektiv ola bilərlər. Qalatasarayın şansı ilk hücum dalğasına tab gətirmək və müdafiəçilərin arxasına sızmaq üçün uyğun məqamı yaxalamaqdır. 

MelBet komandaların şanslarını aşağıdakı əmsallarla qiymətləndirir:

  • Qalatasarayın qələbəsi – 8,3;
  • Heç-heçə – 6,2;
  • Barselonanın qələbəsi – 1,296.

Əmsallar gözləntilərə əsasən formalaşır: matç başlamazdan əvvəl istənilən xəbər, məsələn, Osimhenin meydana çıxıb-çıxmayacağı ilə bağlı məlumat onların dəyişməsinə səbəb ola bilər. Start fitindən sonra əmsallar oyunun hesabına uyğun dəyişəcək. Meydanda əslində hansı komandanın üstünlük təşkil etdiyini isə MelBet-də matç səhifəsindəki LIVE-statistika göstərəcək: burada qapı çərçivəsinə zərbələr, künc zərbələri, topa sahibolma faizi, hücumlar və xG göstəricisi hesablanır. Bu rəqəmlərlə proqnozunu artıq hissiyyata deyil, faktlara əsaslanaraq verə bilərsən. 

Fasilə zamanı MelBet casino-ya nəzər sal – 15 dəqiqəlik fasilənin necə keçdiyini hiss etməyəcəksən. Əgər hələ də öz bukmekerini seçirsənsə, MelBet rəyləri oxu, qeydiyyatdan keç və ən yaxşı əmsallarla mərc etməyə başla! 

Oktyabrın 13-də Bakı vaxtı ilə saat 23:00-da Qalatasaray «RAMS Park»da hətta Barselona üçün də çətin rəqib ola biləcəyini sübut etməyə çalışacaq. Bunun üçün doğma tribunaların dəstəyi, Leaunun və zədəsini sağaltmağa macal tapacağı təqdirdə Osimhenin sürəti kifayət edəcəkmi?

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni