Naxçıvanda dələduzluqda təqsirləndirilən məşhur idmançı həbs olundu

Naxçıvanda dələduzluqda təqsirləndirilən tanınmış idmançı polis əməkdaşları tərəfindən saxlanılıb.

“Sport-az.com”un verdiyi məlumata görə, keçirilən tədbirlər nəticəsində övladlarının müxtəlif idman normativlərini uğurla keçməsinə köməklik göstərəcəyi vədi ilə bir neçə şəxsi aldadaraq pullarını mənimsəyən Əmrah Nağıyev tutulub.

Aparılan araşdırmalar zamanı onun eyni üsulla müxtəlif vətəndaşları aldadaraq ümumilikdə 10 000 manata yaxın vəsaiti ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Əmrah Nağıyev bir sıra yerli və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni