Dağ velosipedi üzrə ölkə kubokunun III mərhələsi Xocasəndə keçiriləcək

Azərbaycan Velosiped İdmanı Federasiyası dağ velosipedi üzrə ölkə kubokunun üçüncü mərhələsinin proqramını açıqlayıb. Yarış 11 oktyabr tarixində Bakının Xocasən qəsəbəsində yerləşən Dağ Velosipedi Parkında baş tutacaq.

Turnirin startı saat 11:00-a planlaşdırılıb. Yarış mövsümün ən vacib mərhələlərindən biri hesab olunur və müxtəlif yaş kateqoriyalarında idmançılar qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Yarışın reqlamentinə əsasən iştirakçılar yaş kateqoriyalarına uyğun olaraq müxtəlif sayda dövrə vuracaqlar:

  • Elit, U-23 və gənclər – 5 dairə
  • 2010–2011-ci il təvəllüdlü yeniyetmələr – 4 dairə
  • 2012–2013-cü il təvəllüdlü yeniyetmələr – 3 dairə

Elit, U-23, gənclər və 2010–2011-ci il təvəllüdlü idmançılar üçün hər dövrənin uzunluğu 2,7 km, 2012–2013-cü il təvəllüdlü iştirakçılar üçün isə 1,8 km olacaq. Xocasən Dağ Velosipedi Parkının təbii relyefə malik trası sürət, texniki hazırlıq və dözümlülük baxımından iştirakçılar üçün ciddi sınaq hesab edilir.

Federasiya bildirib ki, son qeydiyyat prosesi yarışın startından bir saat əvvəl başlayacaq. Üçüncü mərhələdə əldə olunacaq nəticələr ölkə kubokunun ümumi sıralamasına təsir göstərəcək və mövsümün yekun reytinqinin formalaşmasında mühüm rol oynayacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni