AFFA Premyer Liqa klublarını cərimələdi: “Neftçi”yə azarkeşlərinə görə 5 min manat cəza

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında Misli Premyer Liqasının VII turunun qarşılaşmalarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib və qaydaları pozan bir neçə kluba ümumilikdə 10 200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Turun ən böyük cəzası “Neftçi” klubuna şamil edilib. Paytaxt təmsilçisinin azarkeşlərinin “Sabah”la qarşılaşmada rəqib futbolçunun ünvanına kütləvi təhqiramiz ifadələr səsləndirməsi kluba 5000 manat cərimə bahasına başa gəlib. Həmin oyunda dörd futbolçusu sarı vərəqə ilə cəzalandırılan “Sabah” komandası isə 700 manat məbləğində cərimə olunub.

Komitə turun digər matçlarında baş verən nöqsanları da diqqətdən kənarda saxlamayıb. “Araz-Naxçıvan” – “Kəpəz” görüşündə stadionun hesab tablosu işləmədiyi üçün Naxçıvan təmsilçisinə 2000 manat cərimə kəsilib. Oktyabrın 11-də baş tutan “İmişli” – “Qarabağ” matçının sonunda isə meydançaya kənar şəxslərin daxil olması səbəbindən meydan sahibi “İmişli” klubu 2500 manat cəzalandırılıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni