Azərbaycan Kubokunda 1/8 finalın son iki iştirakçısı bəlli olacaq

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsi bu gün başa çatacaq. Üç gün davam edən mərhələnin son oyun günündə iki qarşılaşma keçiriləcək. Bu matçlardan sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək.

Oktyabrın 29-da “Xankəndi” – “Gəncəbasar” və “Zəngəzur” – “Karvan Yevlax” görüşləri baş tutacaq. Hər iki qarşılaşma saat 14:00-da başlayacaq.

Oktyabrın 27-28-də keçirilən 10 oyunun nəticəsinə əsasən, “Araz-Naxçıvan”, “Marafon”, “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “İmişli”, “Şamaxı”, “Şahdağ Qusar”, “Şəfa” və “Kəpəz” növbəti mərhələyə yüksəlib.

“Qarabağ”, “Sabah”, “Neftçi” və “Turan Tovuz” isə mübarizəyə 1/8 finaldan qoşulacaq. Beləliklə, növbəti mərhələdə iştirak edəcək 16 komandadan 14-ü artıq məlumdur.

Azərbaycan Kuboku: 29 oktyabrın oyun proqramı

II təsnifat mərhələsi:

14:00. “Xankəndi” – “Gəncəbasar”

  • Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.

  • Hakim-inspektor: Munis Abdullayev.

  • AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

  • Stadion: Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

14:00. “Zəngəzur” – “Karvan Yevlax”

  • Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.

  • Hakim-inspektor: Asim Xudiyev.

  • AFFA nümayəndəsi: Bəhram Qurbanov.

  • Stadion: Binə qəsəbə stadionu.

Bu iki görüşün qalibləri Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanan son komandalar olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni