Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo azarkeşlər arasında keçirilən səsvermədə Lionel Messini geridə qoyub. “Qızıl top” mükafatının 70 illiyinə həsr olunan xüsusi sorğuda Ronaldonun qazandığı mükafat tarixdə ən yaxşı seçilib.
Səsvermənin nəticələri “Qızıl top”un rəsmi platformasında açıqlanıb. İkinci yeri isə argentinalı Lionel Messinin 2012-ci ildə qazandığı mükafat tutub.
Messinin rekord mövsümü ikinci yerdə qaldı
Lionel Messi 2012-ci ildə “Barselona” və Argentina millisinin heyətində ümumilikdə 91 qol vuraraq tarixi nəticəyə imza atmışdı.
Bu göstərici XXI əsrdə bir təqvim ili ərzində vurulan qolların sayına görə rekord olaraq qalır. Buna baxmayaraq, azarkeşlərin seçimində Ronaldonun “Qızıl top”u daha çox səs toplayıb.
Sorğu B.O.A.T. (Best of All Time) adlı xüsusi təşəbbüs çərçivəsində təşkil edilib. Layihənin məqsədi müxtəlif illərdə təqdim olunan “Qızıl top” mükafatları arasından azarkeşlərin ən yaxşı hesab etdiyini müəyyənləşdirmək olub.
Səsvermə 1–27 oktyabr tarixlərində davam edib. İştirakçılar hər səs üçün 1 avro ödəyiblər.
Yekun nəticədə Ronaldo birinci, Messi isə ikinci pillədə qərarlaşıb.






