İtaliyalı pilot Andrea Kimi Antonelli 2026-cı il Formula-1 mövsümündə dünya çempionluğunu vaxtından əvvəl təmin edərək həm şəxsi karyerasında, həm də “Mercedes” tarixində mühüm nəticəyə imza atıb. Meksika Qran-prisindən sonra titulunu rəsmiləşdirən sürücü Almaniya komandasına pilotlar arasında 10-cu dünya çempionluğunu qazandırıb.
Antonelliyə qədər “Mercedes”in heyətində üç pilot dünya çempionu olmuşdu. Xuan Manuel Fanxio 1954 və 1955-ci illərdə iki titul qazanıb. Lyuis Hemilton 2014, 2015, 2017, 2018, 2019 və 2020-ci illərdə altı dəfə zirvəyə yüksəlib. Niko Rosberq isə 2016-cı ildə çempionluğu əldə edib.
Beləliklə, Antonelli “Mercedes”lə dünya çempionu olan dördüncü pilot, onun titulu isə komandanın pilotlar hesabında 10-cu çempionluğu olub. İtaliyalı eyni zamanda Formula-1 tarixinin ən gənc dünya çempionu kimi tarixə düşüb.
Meksika Qran-prisindən sonra Antonelli 380 xalla şəxsi hesabda əlçatmaz mövqeyə yüksəlib. Çempion müəyyənləşsə də, mövsümün qalan hissəsində ikinci yer uğrunda mübarizə davam edir. Maks Ferstappen, Lyuis Hemilton, Corc Rassell və Şarl Lekler arasında xal fərqinin az olması vitse-çempionluq yarışını açıq saxlayır.
Meksika Qran-prisindən sonra pilotların sıralaması:
Andrea Kimi Antonelli (“Mercedes”) — 380 xal
Maks Ferstappen (“Red Bull”) — 261 xal
Lyuis Hemilton (“Ferrari”) — 259 xal
Corc Rassell (“Mercedes”) — 250 xal
Şarl Lekler (“Ferrari”) — 245 xal
Lando Norris (“McLaren”) — 221 xal
Oskar Piastri (“McLaren”) — 150 xal
İsak Hacar (“Red Bull”) — 105 xal
Liam Louson (“Racing Bulls”) — 79 xal
Pyer Qasli (“Alpine”) — 43 xal
Konstruktorlar Kuboku:
“Mercedes” — 630 xal
“Ferrari” — 504 xal
“Red Bull” — 380 xal
“McLaren” — 371 xal
“Racing Bulls” — 104 xal
“Alpine” — 74 xal
“Haas” — 30 xal
“Audi” — 23 xal
“Williams” — 12 xal
“Aston Martin” — 7 xal
“Cadillac” — 0 xal
Formula-1 tarixinin bütün dünya çempionları
7 titul
Mixael Şumaxer, Lyuis Hemilton
5 titul
Xuan Manuel Fanxio
4 titul
Maks Ferstappen, Alen Prost, Sebastyan Fettel
3 titul
Cek Brebem, Ceki Stüart, Niki Lauda, Nelson Pike, Ayrton Senna
2 titul
Alberto Askari, Qrem Hill, Cim Klark, Emerson Fittipaldi, Mika Hakkinen, Fernando Alonso
1 titul
Cüzeppe Farina, Mayk Hotorn, Fil Hill, Con Sertis, Denni Halm, Yoxen Rindt, Ceyms Hant, Mario Andretti, Codi Şekter, Alan Cons, Keke Rosberq, Niko Rosberq, Kimi Raykkonen, Naycel Mensell, Deymon Hill, Jak Vilnöv, Censon Batton, Lando Norris, Andrea Kimi Antonelli.





