Yanvar ayında Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan Dakar-2027 ralli-reydinin təqvimi dəyişə bilər. Bir sıra KİV yarışın planlaşdırıldığı kimi baş tutmayacağı barədə məlumat yayıb.
Hələlik rəsmi qərar qəbul edilməyib. Buna baxmayaraq, regiondakı vəziyyətlə əlaqədar yarışın nəzərdə tutulan formada keçirilməyəcəyi ehtimal olunur.
Verilən məlumata görə, rallinin Mərakeşə köçürülməsi planlaşdırılır. Bu halda yarışçılar İspaniya və Portuqaliyada start götürəcək, final günü isə Mərakeşdə keçiriləcək. Rəsmi qərarın yaxın günlərdə açıqlanması gözlənilir.
Öncə Formula-1-in mövsümün son iki Qran-prisini ləğv edə biləcəyi də bildirilmişdi.





