Şahmat tacı uğrunda mübarizə başlayır: Qukeş – Sindarov matçının təqvimi

Noyabrın 24-də İsveçrənin Cenevrə şəhərində şahmat üzrə 2026-cı il dünya çempionunun müəyyənləşəcəyi titul matçı start götürür. Hindistan təmsilçisi, hazırkı dünya çempionu Qukeş Dommaracu öz titulunu Özbəkistan şahmatçısı Cavohir Sindarova qarşı qorumağa çalışacaq.

Hər iki qrossmeysterin 20 yaşı var. Qukeş 2024-cü ilin dekabrında çinli Din Lireni məğlub edərək dünya çempionu olmuşdu. Sindarov isə 2026-cı ilin İddiaçılar Turnirində birinci yeri tutaraq titul uğrunda oynamaq hüququ qazanıb.

Dünya çempionu necə müəyyənləşəcək?

Cenevrədə keçiriləcək qarşılaşma 14 klassik partiyadan ibarət olacaq. İlk oyun noyabrın 24-nə təyin edilib. Hər üç partiyadan sonra şahmatçılara istirahət günü veriləcək.

Partiyalar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Dünya çempionu olmaq üçün iştirakçılardan biri 7,5 xal toplamalıdır. Əgər 14 partiyanın sonunda hesab 7:7 olarsa, qalib dekabrın 12-də keçiriləcək tay-breykdə müəyyənləşəcək.

Titul matçının ümumi mükafat fondu 2,5 milyon ABŞ dolları təşkil edir.

Qukeş – Sindarov matçının tam təqvimi

Şahmat üzrə dünya çempionluğu matçı

Cenevrə, İsveçrə — 24 noyabr – 12 dekabr 2026

Qukeş Dommaracu (Hindistan) – Cavohir Sindarov (Özbəkistan)

Bütün klassik partiyalar Bakı vaxtı ilə 18:00-da başlayacaq.

  • 24 noyabr, 18:00 – 1-ci partiya

  • 25 noyabr, 18:00 – 2-ci partiya

  • 26 noyabr, 18:00 – 3-cü partiya

  • 27 noyabr – İstirahət günü

  • 28 noyabr, 18:00 – 4-cü partiya

  • 29 noyabr, 18:00 – 5-ci partiya

  • 30 noyabr, 18:00 – 6-cı partiya

  • 1 dekabr – İstirahət günü

  • 2 dekabr, 18:00 – 7-ci partiya

  • 3 dekabr, 18:00 – 8-ci partiya

  • 4 dekabr, 18:00 – 9-cu partiya

  • 5 dekabr – İstirahət günü

  • 6 dekabr, 18:00 – 10-cu partiya

  • 7 dekabr, 18:00 – 11-ci partiya

  • 8 dekabr, 18:00 – 12-ci partiya

  • 9 dekabr – İstirahət günü

  • 10 dekabr, 18:00 – 13-cü partiya

  • 11 dekabr, 18:00 – 14-cü partiya

  • 12 dekabr – Tay-breyk (zərurət yaranarsa)

Şahmat tacı uğrunda mübarizə başlayır: Qukeş – Sindarov matçının təqvimi

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni