Şahmat dünyası tarixi qarşılaşmanı gözləyir: Gukeş və Sindarov üz-üzə gələcək

Şahmat dünyasında ilin ən mühüm hadisələrindən biri yaxınlaşır. 2026-cı il üzrə dünya çempionluğu uğrunda görüşdə hazırkı çempion Dommaracu Gukeşlə özbəkistanlı iddiaçı Cavaxir Sindarov qarşılaşacaq.

Hər iki şahmatçının cəmi 20 yaşı var. Bu isə qarşıdakı mübarizəni xüsusilə maraqlı edir. Dünya şahmatının iki gənc ulduzu ən nüfuzlu titul uğrunda bir-birinə rəqib olacaq.

Sindarov Kiprdə keçirilən 2026-cı il İddiaçılar Turnirinin qalibi adını vaxtından əvvəl təmin edərək dünya çempionu ilə qarşılaşmaq hüququ qazanıb.

Dünya çempionluğu uğrunda mübarizə noyabrın 24-də başlayacaq

Qarşılaşma İsveçrənin Cenevrə şəhəri yaxınlığındakı Kolonji qəsəbəsində, Martin Bodmer Fondunda keçiriləcək. Açılış mərasimi noyabrın 22-də baş tutub, ilk partiya isə 24 noyabrda oynanılacaq.

Matç maksimum 14 klassik partiyadan ibarət olacaq. 7,5 xal toplayan ilk şahmatçı dünya çempionu adını qazanacaq. Əgər hesab 7:7 olarsa, qalib dekabrın 12-də keçiriləcək tay-breklərdə müəyyənləşəcək.

Turnirin ümumi mükafat fondu 2,5 milyon dollar təşkil edir.

Qukeş 2024-cü ildə qazandığı dünya çempionluğu titulunu qorumağa çalışacaq. Sindarov isə özbəkistanlı şahmatçı kimi tarix yazmaq və ölkəsinə klassik şahmat üzrə ilk mütləq dünya çempionluğunu qazandırmaq istəyir.

Bu qarşılaşma həm də şahmat tarixində ən gənc iştirakçıların mübarizə apardığı dünya çempionluğu matçı olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni