“Neftçi” klubunun yarımmüdafiəçisi və Azərbaycan milli komandasının üzvü Emin Mahmudov ilin sonunu zədə səbəbindən meydanlardan kənarda keçirəcək.
Sport-az xəbər verir ki, Mahmudov, Misli Premyer Liqasının cari mövsümünün ilk yarısında “Kəpəz” və “Turan-Tovuz” komandalarına qarşı keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.
Klubun məlumatına görə, yarımmüdafiəçinin gələn ilin əvvəlində komandanın düşərgəsinə qayıdacağı gözlənilir.