Kataloniya təmsilçisi “Monako”nun müdafiəçisi Enrike Kayo ilə maraqlanır.
Sport-az “Marca”ya istinadən xəbər verir ki, “Barselona” braziliyalı oyunçunun transferi üçün artıq hərəkətə keçib. Kayo hazırda “Monako”nun formasını geyinir və bu klubda 2020-ci ilin iyunundan çıxış edir. Onun Fransa təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.
27 yaşlı müdafiəçinin daha əvvəl “Atletiko” (Madrid), “Parana”, “Fluminense” və “Qremio” klublarında da oynadığı bildirilir. “Barselona” onu gələn yay transfer etməyi planlaşdırır.