Bu mövsüm Pep Qvardiolanın komandası növbəti uğursuzluqla üzləşdi.
Sport-az xəbər verir ki, İngiltərə Premyer Liqasının (APL) 2024/25 mövsümünün 16-cı turunda “Mançester Yunayted” səfərdə “Mançester Siti”ni məğlub edib. “Etihad” stadionunda keçirilən qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun birinci hissəsində meydan sahibləri minimal üstünlük qazandı – 36-cı dəqiqədə Yoşko Qvardiol hesabı açdı.
Ancaq matçın sonlarında “qırmızı şeytanlar” inanılmaz dönüş edərək qalib gəldi. Əvvəlcə 88-ci dəqiqədə Brunu Fernandeş penalti zərbəsini dəqiq yerinə yetirdi, ardınca isə 90-cı dəqiqədə Amad Diallo komandasına qələbə qazandırdı.
Bu qələbə sayəsində “Mançester Yunayted” xallarını 22-yə çatdıraraq turnir cədvəlində 12-ci pilləyə yüksəldi. “Mançester Siti” isə 27 xalla 5-ci yerdə qərarlaşıb. Qvardiolanın komandası bu mövsüm artıq 5-ci məğlubiyyətini yaşayıb.
APL-nin növbəti turunda “Mançester Yunayted” 22 dekabr tarixində İlya Zabarnının komandası “Bornmut”u qəbul edəcək. “Mançester Siti” isə bir gün əvvəl səfərdə “Aston Villa” ilə qarşılaşacaq.