Afrikada ilin ən yaxşı futbolçusu bəlli oldu

Afrikada 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.

Sport-Az xəbər verir ki, dekabrın 16-da Mərakeşin eyniadlı şəhərində keçirilən “CAF Awards 2024” mükafatlandırma mərasimində qalib müəyyənləşib.

Səsvermənin nəticələrinə əsasən, İtaliyanın “Atalanta” klubunun və Nigeriya millisinin hücumçusu Ademola Lukman 2024-cü ilin ən yaxşı afrikalı futbolçusu adına layiq görülüb.

Digər namizədlər:

Lukman bu ada iddialı olan aşağıdakı futbolçuları qabaqlayıb:

  1. Simon Adingra – “Brayton” (İngiltərə), Fil Dişi Sahili millisi
  2. Seru Girassi – “Borussiya Dortmund” (Almaniya), Qvineya millisi
  3. Əşrəf Hakimi – PSJ (Fransa), Mərakeş millisi
  4. Ronven Uilyams – “Mamelodi Sandauns” (Cənubi Afrika), CAR millisi

Lukmanın uğurları

Ademola Lukman ötən mövsüm “Atalanta”nın heyətində bütün turnirlərdə 45 matça çıxaraq 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun ən yadda qalan performansı Avropa Liqasının finalında “Bayer Leverkuzen”ə qarşı het-trik etməsi və komandası ilə 3:0 hesablı qələbə qazanması olub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni