More

    Donnarumma ciddi zədə aldı: 10 tikiş atıldı

    Dünən keçirilən “Monako” – PSJ matçı zamanı qeyri-adi və xoşagəlməz bir hadisə baş verib.

    Sport-az ESPN-ə istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Wilfried Singo təsadüfən PSJ-nin qapıçısı Gianluigi Donnarummanın üzünə ayağı ilə zərbə endirib. Maraqlıdır ki, bu hadisə zamanı hakim heç bir cəza tədbiri, hətta vərəqə belə tətbiq etməyib.

    Zərbədən sonra Donnarumma oyunu davam etdirə bilməyib və dərhal tibbi yardım göstərilib. Qapıçının üzünə cərrahi müdaxilə ilə 10 tikiş atıldığı bildirilib.

    Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox azarkeş və futbol mütəxəssisi hakimin qərarını və Singonun ehtiyatsızlığını tənqid edib.

    Qeyd edək ki, oyunun nəticəsi PSJ-nin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni