İtaliya A Seriyası: “Roma” Səfərdə “Milan”la Heç-heçə Etdi

İtaliya A Seriyasının 18-ci turunda “Milan” komandası “Roma”nı qəbul edib.

Sport-Az xəbər verir ki, oyun Milan şəhərinin məşhur “San-Siro (Cüzeppe Meazza)” stadionunda keçirilib və 1:1 hesablı heç-heçə ilə başa çatıb.
16-cı dəqiqədə meydan sahiblərindən Teyani Reynders hesabı açıb. Cavab qolunu isə 23-cü dəqiqədə qonaqların hücumçusu Paulo Dibala vurub.

18 turdan sonra “Milan” 27 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Roma” isə 20 xalla 10-cu yerdədir. İtaliya çempionatında liderlik 41 xalla “Atalanta”ya məxsusdur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni