A Seriyası: “Yuventus” “Fiorentina” ilə heç-heçə etdi

İtaliya A Seriyasının 18-ci turunda “Yuventus” öz meydanında “Fiorentina” ilə qarşılaşıb.

Daylinews-Az xəbər verir ki, oyun Turin şəhərinin “Allianz” stadionunda keçirilib və 2:2 hesablı bərabərliklə başa çatıb.

Matçın 20-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Kefren Tyuram-Yulyen hesabı açıb. 38-ci dəqiqədə “Fiorentina”nın hücumçusu Moyze Kin cavab qolu vuraraq tarazlıq yaradıb. 49-cu dəqiqədə Tyuram dubl edib və “Yuventus” yenidən önə keçib. Lakin 87-ci dəqiqədə “Fiorentina”nın hücumçusu Rikkardo Sottill hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Yuventus” 32 xalla A Seriyasının turnir cədvəlində altıncı, “Fiorentina” isə eyni xalla beşinci yerdə qərarlaşıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni