PSJ Fransa Superkuboku finalında “Monako”ya qalib gələrək tarixində 13-cü dəfə bu kuboku qazanıb. Bu barədə Sport-Az məlumat yayıb.
Oyun Qətərin Doha şəhərində yerləşən neytral “974” stadionunda keçirilib və parislilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu 90+2-ci dəqiqədə hücumçu Usman Dembele vurub, ona ötürməni yarımmüdafiəçi Fabian Ruiz edib.
Qeyd edək ki, Fransa Superkubokunun əvvəlki qalibi də PSJ olub. Komanda “Tuluza”ya qarşı 2:0 hesablı qələbə ilə bu titulu əldə etmişdi.