32 yaşlı braziliyalı hücumçu Neymar, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda keçirdiyi cəmi 42 dəqiqəlik oyun vaxtına görə 2024-cü ildə 101 milyon avro qazanıb. Bu məlumatı Footmercato yayıb.
Xatırladaq ki, Neymar 2023-cü ilin oktyabrında çarpaz bağlarını qıraraq ciddi zədə almışdı. 2024-cü ilin oktyabrında tam bərpa olunan oyunçu, Asiya Çempionlar Liqasındakı “Esteqlal” komandasına qarşı keçirilən matçda (3:0) diztavan bağlarını zədələyərək yenidən sıradan çıxıb.
Neymar 2023-cü ilin yayında “Əl-Hilal” ilə müqavilə imzalamışdı. Bu müqavilə 2025-ci ilin yayına qədər etibarlıdır.
Transfermarkt məlumatına görə, Neymarın bazar dəyəri hazırda 15 milyon avro təşkil edir ki, bu da onun oyuna görə aldığı məbləğlə müqayisədə xeyli aşağıdır.