Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo tarixi rekorda imza atıb. Sport-az xəbər verir ki, ulduz futbolçu 2025-ci ildə ilk qolunu vuraraq rekordunu bir qədər də genişləndirib.
Ronaldo, “Əl-Əhdud” ilə qarşılaşmada (3:1) 42-ci dəqiqədə penalti zərbəsi ilə fərqlənib. Beləliklə, o, ardıcıl 24 təqvim ili boyunca qol vuran ilk futbolçu olub. Rekord, Ronaldu’nun 2002-ci ildən etibarən hər il rəqib qapılarına yol tapması ilə tarixə düşüb.
Qeyd edək ki, Kriştianu Ronaldo öz karyerasında ilk qolunu 7 oktyabr 2002-ci ildə vurub.



