İtaliya Serie A-nın 21-ci turunda “İnter” öz meydanında “Bolonya” ilə qarşılaşdı.
Sport-Az xəbər verir ki, Milanın “San Siro (Cüzeppe Meazza)” stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çatdı.
Oyun zamanı qollar belə vuruldu:
- 15-ci dəqiqə: Qonaq komandanın hücumçusu Santyaqo Kastro hesabı açdı.
- 19-cu dəqiqə: Meydan sahiblərinin müdafiəçisi Denzel Dumfris hesabı bərabərləşdirdi.
- 45+1-ci dəqiqə: “Neradzurri”nin kapitanı Lautaro Martinez komandasını önə keçirdi.
- 64-cü dəqiqə: “Bolonya”nın yarımmüdafiəçisi Emil Holm hesabı yenidən bərabərləşdirdi.
Bu nəticədən sonra “İnter” xallarını 44-ə çatdıraraq turnir cədvəlində ikinci yerdə qərarlaşıb. “Bolonya” isə 30 xalla səkkizinci pillədədir.



