“Portu” futbol klubunun baş məşqçisi Vitor Bruno vəzifəsindən istefa verib.
Sport-Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
42 yaşlı Bruno komandanı yayda baş məşqçi kimi qəbul etmişdi. Ondan əvvəl o, altı il ərzində baş məşqçi Serjyu Konseyçau-nun köməkçisi kimi çalışıb.
Komanda yerli çempionatda son iki oyunda “Jil Visente”yə (1:3) və “Nasional”a (0:2) məğlub olub. Hazırda “əjdahalar” 18 turdan sonra 40 xalla turnir cədvəlində üçüncü yerdədir. “Benfika” bir xal çox, “Sportinq” isə dörd xal irəlidədir.