Keçmiş Real Madrid baş məşqçisi Zinəddin Zidan, Didye Deşamın ayrılmasından sonra Fransa yığmasının baş məşqçisi postuna əsas namizəd hesab olunur.
Sport-Az-ın Mundo Deportivoya istinadən verdiyi məlumata görə, Zidan artıq Fransa Futbol Federasiyası ilə şəxsi müqavilə şərtləri barədə danışıqlar aparır.
Zinəddin Zidan üçün xüsusi müqavilə
- Zidanın müqaviləsində bitmə tarixi olmayacaq, yəni o, istədiyi müddət ərzində komandanın başında qala biləcək.
- Bu, onun 2021-ci ilin yayında Real Madriddən ayrıldıqdan sonra gözlədiyi təklif idi.
- Məşqçi Madriddə yaşamağa davam edəcək və öz futbol akademiyası Zidane Five Clubun işlərini idarə edəcək.
Zidanın məşqçilik nailiyyətləri
- 3 dəfə Çempionlar Liqası çempionluğu
- 2 dəfə La Liqa, İspaniya Superkuboku, UEFA Superkuboku və Klub Dünya Çempionatı qələbələri
Qeyd edək ki, 56 yaşlı Didye Deşam 2026-cı ildə keçiriləcək Dünya Çempionatından sonra Fransa millisindən ayrılacağını rəsmi olaraq təsdiqləyib.



