İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən oyunda “Mançester Siti” klubu “Tottenhem” üzərində 1:0 hesablı qələbə qazanıb.
sport-az.com xəbər verir ki, **”şəhərlilər”**in yeganə qolunu Erlinq Holand vurub. Norveçli hücumçu bu görüşdə Premyer Liqanın unikal rekordunu təkrarlayıb.
“WhoScored”-un yaydığı məlumata görə, Holand “Tottenhem”ə vurduğu qolla Premyer Liqa tarixində həm evdə, həm də səfərdə 10 və ya daha çox qol vuran yalnız ikinci futbolçu olub.
Bu nailiyyətə daha əvvəl yalnız Harri Keyn imza atmışdı. Hazırda “Bayern Münhen” klubunda çıxış edən Keyn, vaxtilə “Tottenhem” formasında bu rekordu əldə etmişdi.
24 yaşlı hücumçu Erlinq Holand cari mövsümdə bütün turnirlərdə 36 oyunda 28 qol vurub. Onun Premyer Liqada hesabında 20 qol var. Norveçli ulduz çempionatın bombardiri yarışında ikinci yerdədir və **”Liverpul”**un hücumçusu Məhəmməd Salahdan 5 qol geri qalır.