More

    “Liverpul” Diası “Atletiko Madrid”ə satmağa hazırlaşır – Transfer məbləği açıqlandı

    Liverpul“un kolumbiyalı hücumçusu Luis Dias bu ilin yayında komandadan ayrılmağa çox yaxındır.

    sport-az.com “Fichajes”ə istinadən xəbər verir ki, “Atletiko Madrid” 28 yaşlı forvardın xidmətində ciddi şəkildə maraqlıdır.

    İspaniya təmsilçisi, xüsusilə Antuan Qrizmann MLS klublarından birinə keçəcəyi təqdirdə, Diası fransız ulduza ən ideal əvəzləyici kimi görür. Klub rəhbərliyi bu transfer üçün bütün resurslarını səfərbər etməyə hazırdır.

    Xəbərə görə, “Liverpul” qarşı tərəfdən Luis Dias üçün ən azı 60 milyon avro tələb edəcək. Hazırda kolumbiyalı oyunçunun “Liverpul” ilə müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

    Dias cari mövsüm ərzində bütün turnirlərdə 38 oyunda forma geyinib, 13 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni