More

    İki azərbaycanlı şahmatçı Dünya Kubokuna vəsiqə qazandı

    Rumıniyada keçirilmiş fərdi Avropa çempionatının yekunlarına əsasən iki azərbaycanlı qrossmeyster – Nicat Abasov və Riad Səmədov şahmat üzrə Dünya Kubokuna vəsiqə qazanıb. Sport-az xəbər verir ki, hər iki şahmatçı turniri ilk 20-likdə başa vuraraq vəsiqə hüququ əldə edib.

    Son turda Nicat Abasov Almaniyadan olan Matias Blyubaumla heç-heçə oynayıb. Bu nəticə ilə Abasov 8 xal toplayaraq 8-ci pillədə qərarlaşıb. Qeyd edək ki, Blyubaum Avropa çempionu adını qazanıb.

    Riad Səmədov isə yarışın sonuncu turunda əfsanəvi ukraynalı qrossmeyster Vasili İvançuku məğlub edərək ardıcıl üçüncü qələbəsini qazanıb. Onun da hesabında 8 xal var və yekunda 12-ci yeri tutaraq Dünya Kubokuna vəsiqə qazanıb.

    Digər azərbaycanlı şahmatçılar – Əhməd Əhmədzadə və Aydın Süleymanlı da yaxşı nəticə göstərərək hərəyə 7,5 xal toplayıblar. Lakin onların tutduqları 23-cü və 27-ci yerlər Dünya Kubokuna çıxış üçün kifayət etməyib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni