Millimizin Son Görüşləri: Kişilərdən Qələbə, Qadınlardan Məğlubiyyət

Azərbaycanın kişi və qadınlardan ibarət şahmat yığmaları Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşlərini başa vurublar.

“Qafqazinfo”nun verdiyi məlumata görə, kişilərdən ibarət Azərbaycan millisi XI turda Braziliya ilə qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb. Matçın nəticələri belədir:

  • Aydın Süleymanlı – Luiz Paolo Supi: 0,5:0,5
  • Nicat Abasov – Alexander Fier: 0,5:0,5
  • Rauf Məmmədov – Renato Quintiliano: 1:0
  • Şəhriyar Məmmədyarov – Dieqo Di Berardino: 1:0

Qadınlardan ibarət millimiz isə yarışın güclü komandalarından biri olan Hindistanla qarşılaşıb və 0,5:3,5 hesabı ilə məğlub olub. Matçın nəticələri aşağıdakı kimidir:

  • Harika Dronavalli – Günay Məmmədzadə: 1:0
  • Rəmeşbabu Vaişəli – Ülviyyə Fətəliyeva: 0,5:0,5
  • Deşmux Divya – Gövhər Beydullayeva: 1:0
  • Vantika Aqraval – Xanım Baladjayeva: 1:0

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni