More

    Messi “İnter Mayami” klubunun tarixində iz qoydu

    Argentinalı futbol ulduzu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”nin tarixinə düşüb.

    Sport-az.com-un məlumatına görə, 37 yaşlı hücumçu Klublararası Dünya Çempionatının ikinci mərhələsində “Portu” ilə keçirilən görüşdə (2:1) komandasının həlledici qolunu vuraraq bu uğura imza atıb.

    “Opta” statistikasına əsasən, oyunun 54-cü dəqiqəsində cərimə zərbəsindən fərqlənən Messi “İnter Mayami” forması ilə ümumilikdə 50-ci qolunu vurub. Bu nəticə ilə o, klubun tarixində 50 qol səddini aşan ilk futbolçu olub.

    Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında “İnter Mayami”yə transfer olunub və həmin vaxtdan etibarən ABŞ klubunun heyətində çıxış edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni