ABŞ-də keçirilən klublararası dünya çempionatı davam edir və bu gün C və D qruplarında ikinci turun oyunlarına yekun vurulacaq.
Sport Az-ın məlumatına görə, günün ilk matçı Portuqaliyanın “Benfika” və Yeni Zelandiyanın “Oklend Siti” komandaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
C qrupunun digər oyununda Almaniyanın “Bayern Münhen” klubu Argentina nəhəngi “Boka Xuniors”la üz-üzə gələcək. Bu maraqla gözlənilən qarşılaşma gecə saat 05:00-da baş tutacaq.
B qrupunda isə İngiltərənin “Çelsi” klubu braziliyalı Juninyonun çıxış etdiyi “Flamenqo” ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Gecə saatlarında isə ABŞ təmsilçisi “Los Anceles” Tunisin “Esperans” komandası ilə qarşılaşacaq. Oyunun start fiti saat 02:00-da səslənəcək.
Qeyd edək ki, iyunun 15-də start götürən turnir iyulun 13-dək davam edəcək. Ümumilikdə 32 komanda yarışır və hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.



