More

    Dirk Küyt Belçika klubundan istefaya göndərildi

    İngiltərənin “Liverpul” klubunun və Niderland millisinin sabiq hücumçusu Dirk Küyt Belçikanın “Beershot” komandasında baş məşqçi postundan uzaqlaşdırılıb.

    Sport-az.com-un xəbərinə görə, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

    Küyt 2023-cü ilin dekabr ayında “Beershot”un sükanı arxasına keçmişdi. Onun rəhbərliyi ilə komanda Belçika çempionatının ikinci divizionunda çempion olaraq elitaya vəsiqə qazanmışdı. Lakin 2024/25 mövsümündə Pro Liqada gözlənilən nəticə əldə olunmadı – “Beershot” turnir cədvəlinin sonuncu – 16-cı pilləsində qərarlaşaraq yenidən ikinci diviziona düşdü. Bu nəticə rəhbərliyin sabiq ulduz futbolçu ilə yolları ayırmasına səbəb olub.

    Qeyd edək ki, Dirk Küyt məşqçi karyerası ərzində ikinci dəfə klub çalışdırıb. O, bundan əvvəl 2022-ci ilin iyunundan noyabr ayınadək Niderlandın “DO Den Haaq” klubunun baş məşqçisi olmuşdu.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni