Fransanın “Lill” klubunda çıxış edən islandiyalı yarımmüdafiəçi Arnar Haraldsson karyerasını İtaliyada davam etdirə bilər.
Sport-az.com-un “Leggo”ya istinadla yaydığı xəbərə görə, “Roma” klubu 22 yaşlı futbolçunun transferində maraqlıdır. Klub rəhbərliyi onun gələcəkdə komandanın əsas fiqurlarından birinə çevriləcəyinə inanır.
Geridə qalan mövsümdə Haraldsson “Lill”in heyətində müxtəlif turnirlər üzrə 38 oyunda forma geyinib. O, bu matçlarda 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Fransa təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Almaniyanın məşhur “Transfermarkt” portalı Arnar Haraldssonun bazar dəyərini 18 milyon avro olaraq qiymətləndirir.



