More

    Eldəniz Əzizlinin hazırkı vəziyyəti: “Risk etməmək qərarı verdik”

    “Sonuncu dəfə iyul ayında Macarıstanda reytinq turnirində iştirak etmişdim. Bir müddətdən sonra yenidən xalçaya çıxmaq fürsəti qazandım və özümü yaxşı hiss edirəm.”

    Bu sözləri Azərbaycanın yunan-Roma güləşçisi, 60 kq çəki dərəcəsində çıxış edən Eldəniz Əzizli Sport-az.com saytına müsahibəsində bildirib.

    Azərbaycan millisinin aparıcı güləşçisi Rusiyanın Tümen şəhərində keçirilən beynəlxalq turnirdəki çıxışını şərh edib. Final qarşılaşmasında zədə səbəbindən iştirak etməyən və gümüş medalla kifayətlənən Əzizli vəziyyəti barədə bunları deyib: “Rus idmançılarının iştirak etdiyi turnirlər həmişə yüksək səviyyəli olur. Hər çəkidə 6-7 yerli güləşçi mübarizə aparırdı. Qafqazın ən yaxşı güləş məktəblərinin nümayəndələri ilə qarşılaşdım. Zədəli olduğum üçün finala çıxmadım. Amma zədəmin ciddi olmadığını qeyd etməliyəm. Sadəcə olaraq, dünya çempionatına az qaldığı üçün məşqçilərimlə məsləhətləşdik və risk etməmək qərarına gəldik. Bərpa müddəti uzun çəkə biləcəyi üçün ehtiyatlı davranmağa üstünlük verdik. Oktyabr ayında keçiriləcək mundiala qatılacağam. Hazırda tam formadayam deyə bilmərəm, amma çempionata qədər hazırlığımı tamamlamağı düşünürəm.”

    Xatırladaq ki, dünya çempionatı 28-31 oktyabr tarixlərində Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni