More

    “Qarabağ” “Malmö”dən 20 addım öndə

    Avropanın aparıcı futbol klublarının reytinq cədvəli açıqlanıb.

    Sport-az.com xəbər verir ki, siyahıda qitənin 400 ən güclü klubu yer alıb.

    Azərbaycanın 4 komandası bu siyahıda öz yerini tapıb. 278 xala malik “Qarabağ” 63-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avropa Liqasında “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olmasına baxmayaraq, mövqeyini qoruyub və xal hesabında dəyişiklik olmayıb.

    “Qarabağ”dan 3 pillə geridə olan “Neftçi” 19 xalla 253-cü sırada yer alıb. 15 xal toplayan “Sabah” isə siyahıda 270-ci yerdədir və 7 pillə irəliləyib. “Zirə” isə bir xal geri qalaraq 281-ci pilləyə düşüb və 2 pillə geriləyib.

    “Qarabağ”ın Avropa Liqasında qarşılaşdığı növbəti rəqib olan İsveçin “Malmö” komandası 170 xalla 83-cü yerdədir, bu isə Ağdam təmsilçisini isveçli rəqibindən 20 pillə qabaqda saxlayır. Ötən turda qarşılaşdığı “Tottenhem” isə 701 xalla 23-cü pillədə qalıb.

    Qeyd edək ki, reytinq cədvəlinin zirvəsində 2395 xala malik “Real Madrid” qərarlaşıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni