Avropa Liqası: “Beşiktaş” Arda Turanın komandasından revanş ala biləcəkmi?

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab qarşılaşmalarına yekun vurulacaq.

sport-az.com xəbər verir ki, mərhələnin son oyunları çərçivəsində ümumilikdə 10 qarşılaşma baş tutacaq.

İlk oyunların yarısında qeydə alınan heç-heçələr bugünkü matçların gedişatına xüsusi gərginlik və prinsipiallıq qazandırıb.

Xüsusi maraq doğuran oyunlardan biri “Beşiktaş” ilə “Şaxtyor Donetsk” arasında olacaq. Arda Turanın çalışdırdığı ukraynalılar İstanbulda qazandıqları 4:2 hesablı qələbənin üstünlüyünü Polşada keçiriləcək cavab matçında qorumağa çalışacaqlar.

UEFA Avropa Liqası – II təsnifat mərhələsi, cavab oyunları (31 iyul):

  • 20:30 – AEK (Kipr) vs Sele (Sloveniya)
    İlk oyun: 1:1
  • 21:00 – Haken (İsveç) vs Anderlext (Belçika)
    İlk oyun: 0:1
  • 21:30 – ÇFR Kluj (Rumıniya) vs Luqano (İsveçrə)
    İlk oyun: 0:0
  • 22:00 – Şaxtyor Donetsk (Ukrayna) vs Beşiktaş (Türkiyə)
    İlk oyun: 4:2
  • 22:00 – Utrext (Niderland) vs Şerif (Moldova)
    İlk oyun: 3:1
  • 23:00 – Braqa (Portuqaliya) vs Levski (Bolqarıstan)
    İlk oyun: 0:0
  • 23:00 – Hibernian (Şotlandiya) vs Midtyüllann (Danimarka)
    İlk oyun: 1:1
  • 23:00 – Legiya (Polşa) vs Banik (Çexiya)
    İlk oyun: 2:2

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni