More

    “Qarabağ” – “Malmö” oyunu: Veteranlar nə düşünür?

    Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” doğma meydanda İsveç çempionu “Malmö” ilə qarşılaşacaq.

    “Qarabağ”ın keçmiş futbolçularının bu oyuna dair fikirlərini öyrənib.

    Vüqar Nadirov

    “Qarabağ”ın həm yerli çempionatda, həm də avrokuboklarda vacib qollarına imza atmış Vüqar Nadirov, bu qarşılaşmada komandaların şanslarını bərabər qiymətləndirir:

    “Bu gün hansı komanda məşqçinin tapşırıqlarını düzgün yerinə yetirəcəksə, o da qalib gələcək. Açığı, “Malmö”nün oyununu izləməmişəm. Amma onlar İsveç çempionudurlar və bura qədər gəliblər, deməli, asan rəqib deyillər. Məncə, şanslar bərabərdir.”

    Nadirov, Avropa Liqasının yeni formatının əvvəlkindən daha çətin olduğunu vurğulayıb:

    “Yeni format komandalara müəyyən çətinliklər yarada bilər. Hələ uyğunlaşma mərhələsi var. Mən hesab edirəm ki, əvvəlki, 4 komandalı qrup sistemi daha rahat idi. Çünki komandalar bir-birini daha yaxşı tanıyırdılar. “Qarabağ”a bir az vaxt lazımdır ki, yeni formata uyğunlaşsın. Yenə də düşünürəm ki, “Qarabağ” bu turnirdə xallar toplayacaq.”

    Artim Şakiri

    “Qarabağ”ın makedoniyalı keçmiş yarımmüdafiəçisi Artim Şakiri isə Ağdam klubunun qələbəsinə inanır:

    “Bu oyunda “Qarabağ”ı üstün görürəm. Komanda evdə oynayır və qalib gəlmək üçün hər şeyə sahibdir. Rəqib İsveç çempionudur, lakin bu, “Qarabağ” üçün böyük problem deyil. Komandanın avrokuboklarda böyük təcrübəsi və özünəməxsus mentaliteti var. “Qarabağ” həmişə sona qədər mübarizə aparır.”

    Əfran İsmayılov

    “Qarabağ”ın keçmiş əsas üzvlərindən olan Əfran İsmayılov isə bu oyunda “Qarabağ”ın daha şanslı olduğunu düşünür:

    “Bizə uyğun rəqibdir və evdə oynayırıq. Düzdür, bu turnirdə heç bir rəqib asan udulası komanda deyil. Amma məncə, “Malmö” “Qarabağ”ın “dişinə” uyğun rəqibdir. Evdə qalib gəlmək lazımdır ki, 3 xal qazanaq. “Qarabağ” da bunun fərqindədir. Düşünürəm ki, “Qarabağ” gözəl oyun nümayiş etdirəcək və qələbə qazanacaq.”

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni